Xoş gəlmişsiniz!

Ana dili - Azərbaycan Məktəbi

“Ana dili - Azərbaycan Məktəbi”nə qeydiyyat başlayır:

ƏTRAFLI

Ana Dili"-Azərbaycan Məktəbinə qəbul

QEYDİYYAT
QEYDİYYAT

SUAL-CAVAB

Layihəyə dair suallar və onların cavabları aşağıda təqdim edilir:

“Ana dili – Azərbaycan məktəbi” nədir?

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində onlayn məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Seçim prosesi bir mərhələdən ibarətdir. Layihədə iştirak üçün müraciət edən şəxs Azərbaycan dilini bilmə səviyyəsini müəyyən edilməsi məqsədilə təşkil ediləcək yoxlamadan keçdikdən sonra müvafiq qrupda dərslərə qoşulma imkanı əldə edəcəkdir.

Seçim prosesində hansı yaş qruplarından olan şəxslər iştirak edə bilər?

Seçim prosesində yalnız xaricdə yaşayan azərbaycanlılar iştirak edə bilər.

Yaş qrupları isə aşağıdakı kimi müəyyən olunub:

• Aşağı yaş qrupu (6-10 yaş);

• Orta yaş qrupu (11-13 yaş);

• Yuxarı yaş qrupu (14-18 yaş);

Seçim prosesindən sonra..?

Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə “Microsoft Teams” platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək. Tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanmışdır. Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

Layihədə iştirak ödənişlidir?

Layihədə iştirak ödənişsizdir.


Dərslər nə zaman başlayır?

Dərslər 15 sentyabr 2023-cü il tarixdən başlanılacaq. Proqram 2023-2024-cü tədris ilini əhatə edəcək.